“Heç nəyi gizlətmək lazım deyil. Ölkədə qızılca xəstəliyi yayılıb”. AzEuroNews.com GAXA-ya istinadən xəbər verir ki, bu barədə Xəstəliklər və İctimai Sağlamlıq Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, bu günədək Gürcüstanda 268 xəstə qeydiyyata alınıb. Belə xəstəlik xüsusən, Acarıstanda daha çox yayılıb, paytaxt Tiflisdə də bu xəstəliyin əlamətləri müəyyən edilib.

Q. Qamkrelidze əhalini uşaqları peyvənd etməyə çağırıb: “Təəssüf ki, uşaqların çoxunda qızılca xəstəliyinə qarşı peyvənd aparılmayıb. Bütün uşaq bağçalarında və məktəblərdə xəstəliklə bağlı araşdırma aparılır. Böyüklər arasında, xüsusilə də 20 və 40 yaş arası kişilərdə və xüsusilə qadınlar arasında qığılcıq xəstəliyi nisbəti yüksəkdir.

Onun sözlərinə görə, xəstəliyə yoluxan uşaqların 17%-i 1 yaşdan kiçikdir. Uşaqlarda körpəlik dövründə bədəndə əmələ gələn qızartılar çox ciddi xəstəliyə işarə edir. Qadınları da hamiləlik dövründə doğulacaq uşaqlarda da gələcəkdə bu xəstəlik əmələ gəlməsin deyə tibbi müayinə aparmaq vacibdir.