Fevralın 16-da baş vermiş güclü zəlzələ ilə əlaqədar Meksikanın Oaxaka ştatının 33 bələdiyyəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bölgəyə 5 minədək hərbçi və hərbi texnika göndərilib.

Qeyd edək ki, ötən cümə günü Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar paytaxt Mexikoda hiss olunub. Zəlzələ nəticəsində yüzlərlə tikiliyə ziyan dəyib.