Fetullahçı Terror Təşkilatının 15 iyul zərbə cəhdindən sonra qaçan və haqqlarında həbs qərarı çıxarılan fərari general Nebi Qaznəli və Polkovnik Müslüm Kaya, Konyada bir evdə gizlənərkən, polis tərəfindən saxlanılaraq Konya Təhlükəsizlik Xidmətinə aparılıb.

AzEuroNews milliyet-ə istinadən xəbər verir ki, saxlanılan 2 şübhəlinin TRT kanalına basqın etməsi və Boğaziçi körpüsündən xalqa atəş açılması əmrini verdiyi iddia edilən Qazneli və Kayanın Misirə qaçmaq üçün plan qurduqları da məlum olub.