Dünyanın ən böyük proqram təminatı müdafiəsi tərtibatçılarından olan “Avast” şirkətinin mütəxəssisləri “Android” əməliyyat sistemində çalışan smartfonların akkumulyatorlarını ən tez enerji sərf edən əlavələri müəyyən ediblər.
İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, məlum olub ki, ən “görməmiş” məhsulları “Samsung” şirkəti istehsal edir. Onun proqramları smartfonun enerjisinin ən tez boşalmasına imkan verən əlavələrin reytinqinin ilk üçlüyünü zəbt edib.

Nəticədə birinci yeri “Samsung AllShare”, ikinci yeri “Security Policy Updates”, üçüncü yeri isə “ChatOn” proqramları tutublar.

“Samsung”un əlavələrindən sonra mobil cihazlar üçün olan “Google Maps”, “WhatsApp” və “Facebook” kimi populyar əlavələr yer alıblar.