G20 – “Böyük iyirmilik” Sammiti 2019-cu ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək.

“Report” Yaponiya KİV-inə istinadən xəbər verir ki, müvafiq qərar ölkə hökuməti tərəfindən qəbul edilib.

Bu, Yaponiyada keçiriləcək ilk G20 sammiti olacaq.

Qeyd edək ki, daha əvvəl Almaniyandan sonra G20 sammitinə Argentina, Yaponiya və Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi bildirilmişdi.