“Apple” şirkəti özünün alma rəmzini yenidən rəngli loqotip şəklində qeydiyyata aldırmaq qərarına gəlib.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, ilk dəfə bu emblem 1977-ci ildə tərtib edilib. Kupertinyolular ondan 11 il müddətində istifadə ediblər. Sonradan şirkət rəhbərliyi qara rəngli monoxrom loqotipə keçmək barədə qərar qəbul edib.

Bu günlərdə məlum olub ki, “Apple” göy qurşağı rəngində əmtəə nişanı emblemini yenidən qeydiyyata aldırmağı planlaşdırır. Şirkət görüntünü mühafizə etmək niyyətindədir.

“Apple”  rəhbərliyi bir il öncə ABŞ-ın Patent və Əmtəə Nişanları Departamentinə yazılı müraciət edib. Arayışda təqdim edilən məlumatda deyilir ki, bu işarə elektron cihazlara heç bir aidiyyəti olmayan məhsullarda, yəni papaqlarda, kepka və digər aksesuarlarda istifadə ediləcək.