Gürcüstanda hər yeni doğulan 141 körpədən biri ölür. AzEuroNews.com GAXA-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, yeni doğulan körpələr arasında baş verən ölüm halları narahatlıq doğurur.

Hesabat sənədində Gürcüstan Avropa bölgəsinə daxil edilib və 115 bal ilə siyahının sonunda beşinci yeri tutub. Hesabatda deyilir ki, Gürcüstanda hər 141 yeni doğulmuş körpədən biri ölür. BMT-nin təşkil etdiyi siyahıda sonuncu yerlərdə Azərbaycan (1-55), Moldova (1-84), Makedoniya (1-120) və Ermənistan (1-135) durur.

Dünya səviyyəsinə gəlincə, uşaq ölümü ilə vəziyyət Yaponiyada ən yaxşı vəziyyətdədir: körpə ölüm səviyyəsi (1-1,111), daha sonra isə İslandiya (1-1000) və ilk üçlüyə Sinqapur (1-909) daxildir.

Yeni doğulan uşaq ölümü ilə ən pis vəziyyət Pakistanda (1-22), Mərkəzi Afrika Respublikasında (1-24) və Əfqanıstanda (1-25) qeydə alınıb.