Milyarder, “Microsoft” şirkətinin yaradıcılarından biri olan Bill Geyts “Böyük partlayış nəzəriyyəsi” serialına çəkiləcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, qonaq ulduz qismində çıxış edəcək.

Onun iştirakı ilə olan epizodun premyerası bu ilin martında keçiriləcək.

Ümumiyyətlə, “Böyük partlayış nəzəriyyəsi” serialında dəfələrlə elm və iş dünyasının ulduzları, o cümlədən alim Stiven Hokinq çəkilib.

Qeyd edək ki, bu, B.Geyts üçün ilk belə təcrübə deyil. O, 2001-ci ildə “Freyzer” sitkomunda özünü canlandırıb.