“KGI Securities” şirkətinin analitiki Minq-Çi kuo (Ming-Chi Kuo) bildirib ki, yenilənmiş naqilsiz “AirPods” qulaqcıqlarından başqa, “Apple” şirkəti tamamilə yeni dizayna malik tam ölçülü qulaqcıq hazırlayır.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, mənbə əmindir ki, yeni qulaqcıqlar bu ilin dördüncü rübündə təqdim ediləcək.

Bu komplektlərin aparıcı tədarükçüsü qismində “Primax” və “SZS” şirkətləri çıxış edəcəklər. Adəti üzrə “Apple” cihazları üçün yeni qulaqcıqların marjası çox yüksək olacaq ki, bundan da bütün tədarükçülər və “Apple” özü qazanır.

İstifadədə onlar “AirPods” kimi olduqca rahat olacaqlar. Ancaq bununla belə, səsin keyfiyyəti daha yüksək olacaq. Yeniliyin qiyməti “AirPods”dan daha yüksək olacaq.