ABŞ-ın məşhur “Amazon” online riteyleri Türkiyə bazarına daxil olmağa hazırlaşır.

İKT.lent.az-ın “dunya.com”a istinadən verdiyi xəbərə görə, “Amazon” mart ayının sonlarından etibarən Türkiyədə sınaq məqsədilə satışlara başlayacaq. Online ticarət platformasının Türkiyədə bu sahədə mövcud olan komisyon səviyyəsindən daha aşağı komisyonla xidmət göstərdiyi bildirilir.

Qeyd edək ki, məşhur “eBay”in Türkiyədə “Gittigidiyor.com”u satın almasından sonra “Amazon”un da oxşar həmləsi gözlənilirdi. Ötən il bu məqsədlə “Amazon Turkey Services” yaradılıb. Lüksemburqdakı “Amazon Europe Core Sari”yə bağlı olaraq fəaliyyət göstərən bu şirkət dərhal Türkiyədəki topdansatış şəbəkələri və sektorun digər qurumları ilə əlaqə yaradıb. Şirkət ödənən komisyon səviyyəsindən məhsul çeşidliliyinə qədər, bazarı araşdıraraq iri tədarükçülərlə görüşlər keçirib. Komisyon səviyyəsinin ortalama 15% olduğu bazara “Amazon”un 10%-lə daxil olacağı gözlənilir. Şirkət “amazon.com.tr” adı ilə fəaliyyət göstərəcək.

Artıq “Amazon” Türkiyədə məhsulu istehsalçıdan alıb istehlakçıya çatdıracaq karqo şirkəti də yaradır.