UEFA Fransa millisinin sabiq futbolçusu Samir Nəsrini cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, qurumun qərarına əsasən 30 yaşlı yarımmüdafiəçi 6 ay müddətinə futboldan uzaqlaşdırılıb. Buna səbəb onun dopinqdən istifadə etmədi olub. 6 mart 2017-ci il tarixində başlanmış araşdırmanın nəticəsinə görə ulduz futbolçu cəzaya məruz qalıb.

Qeyd edək ki, Samir Nəsrinin son klubu Türkiyə “Antalyaspor”u olub. O, qış fasiləsi zamanı Antalya təmsilçisi ilə yollarını ayırıb.