Temperaturun -10℃-yə düşməsi səbəbindən Serbiyada 2, Sloveniyada isə 1 nəfər donaraq ölüb.

“Ölkə.Az” xəbər verir ki, Serbiyanın cənubundakı Dolevats kommunasının Malosiste kəndində yaşayan 75 yaşlı xəstə kişi evdən çıxdıqdan iki gün sonra ölü halda tapılıb.

Ölkənin cənubundakı Vrane şəhərində də 49 yaşlı bir kişi donaraq ölüb.

Daha bir nəfər Sloveniyanın Maribor şəhəri yaxınlığında soyuq havanın qurbanı olub. O, odun doğramaq üçün evdən çıxıb və 1 gün sonra ölü halda tapılıb.

Yerli meteorologiya mütəxəssislərinin sözlərinə görə, soyuq hava və qar sabahdan başlayaraq təsirini itirəcək.