Hazırda satışda kifayət qədər ucuz və keyfiyyətsiz telefon qulaqlıqları var. Mütəxəsislər isə belə qulaqlıqların zərərləri ilə bağlı ciddi xəbərdarlıq edir. AzEuroNews.com“Xəzər xəbər”ə istinadən xəbər verir ki, qiyməti 70 qəpik və 1 manat arasında dəyişir. Bu cür qulaqlıqlara bir çox yerlərdə xüsusi ilə də metro çıxışlarında rast gəlmək olar. Elə qiymətinin ucuzluğu onun keyfiyyətinə daha doğrusu keyfiyyətsizliyinə dəlalət edir. Həkimlər həyəcan təbili çalır. Çünki yol kənarında satışda olan bu cihazlar insan səhhətində müxtəlif fəsadlar törədə bilər

Həkimin sözlərinə görə, bu cihazlar hətta ölümə də səbəb ola bilər.

Sakinlər də bu qulaqcıqların zərərli olduğunu bildirklərini, amma ucuz olduğu üçün aldıqlarını deyirlər

Həkimlər bildirirlər ki, qulaqlıqlar yumuşaq materialdan olmalıdır .Sərt materialdan hazırlanan ucuz qiymətə olan bu cihazlar qulaqda sağalmaz zədələrə də səbəb olur.