Ötən gün “Bir xalanın sirri” filminin təqdimatına qatılan aktrisa Ülfət Bəşirin geyimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, iddialı geyimi ilə diqqət çəkən aktrisanın rahat hərəkət etməsi də gözlərdən yayınmayıb.

Fotoqrafların obyektivi qarşısına keçən sənətçi dərin sinə dekoltesi ilə görənlərin diqqət mərkəzində olub.

Qeyd edək ki, geniş tamaşaçı kütləsinin “Stalinin başı” filmi ilə tanıdığı Ülfət Bəşir ötən il sözügedən filmin qala gecəsində də geyimi ilə medianın diqqət mərkəzində olmuşdu.

Aktrisanın 23 yaşı var. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.