Türkiyə Silahlı Qüvvələri Afrində öldürülən terrorçu sayını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, son 24 saatda bölgədə 38 terrorçu zərərsizləşdirilib. Bununla da, “Zeytun budağı” hərəkatının 41-ci günündə öldürülən terrorçu sayı 2 min 222-ə çatıb.