Ay ərzində saysız-hesabsız uğurlu əməliyyatlar icra edən “Grand Hospital” daha bir insan həyatını qurtarıb. AzEuroNews.com xəbər verir ki, klinikanın uşaq cərrahı, tibbi elmlər üzrə fəlsəfə doktoru Toğrul Ömərov 5 aylıq körpənin ağciyərindən emfizema xaric edib.

Toğrul Ömərov
Toğrul Ömərov

Həkimin sözlərinə görə, körpənin ağciyəri anadangəlmə qüsurlu olub:
“Yəni ağciyərin sol yuxarı payının alveollar arası arakəsmənin dağılması və ağciyərin həmin payının həddindən çox şişməsi var idi. Emfizema böyük olduğuna görə ürəyi, sol ağciyərin aşağı payını və sağ ağciyəri çox sıxaraq uşaqda tənəfüs çatışmazlığı yaratmışdı. Beş aydır körpə bu vəziyyətdə yaşayır. Pasient xəstəxanaya yerləşdirildikdən sonra hazırlanaraq planlı əməliyyata alındı və Torokotomiya olunaraq sol ağciyərin emfizema olan yuxarı payı rezeksiya olundu. Əməliyyat uğurlu başa çatdı”.

Capture
Cərrahi əməliyyat peşəkar anestezioloji komandanın dəstəyi ilə icra edilib.
Məlumat üçün bildirək ki, “Grand Hospital” 12 mərtəbədən ibarət korpusa malik, Respublikanın ən böyük özəl tibb mərkəzi olaraq, sağlam işçi heyəti, müasir avadanlıqları ilə tibbin bir çox sahələri üzrə fəaliyyət göstərir.
Əlaqə: 1117
+99412 599 1117
Ünvan: Ünvan: Həsən Əliyev, 38
[email protected]
Facebook @GrandHospitalBaku
Instagram @grand_hospital
www.grandhospital.az

Əməliyyat zamanı çəkilmiş videonu təqdim edirik:

https://www.youtube.com/watch?v=cVBWrFPP7og&feature=youtu.be