Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► İsveçdə sığınacaq istəyi rədd edilən qadın küçədə donaraq ölüb. AzEuroNews.com xəbər verir ki, bu barədə alman panorama-news.de saytı məlumat yayıb. Məlumata görə, qadın 9 yaşlı oğlu və 8 yaşlı qızı ilə 4 ay əvvəl İsveçin Savsjö şəhərindəki qaçqın yataqxanalarından birinə yerləşdiriliblər. 3 ay əvvəl İsveçin miqrasiya idarəsi tərəfindən sığınacaq istəyi rədd edilən qadın qaldığı yataqxanadan zorla çıxarılıb. Gecə küçədə gecələmək məcburiyyətində qalan qadın donaraq ölüb. Hadisə yerinə gələn polis uşaqları donmuş halda xəstəxanaya aparıb. Həkimlərin ani müdaxiləsi ilə onları həyata qaytarmaq mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, donaraq ölən qadın Burkina-Fasodan gəlib.

Hadisə ilə bağlı İsveç prokurorluğu qadın və uşaqlarının qaldığı yataqxana rəhbərliyi barəsində cinayət işi açaraq araşdırmalara başlayıb.