Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir.

“Ölkə.Az” xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri əməliyyat çərçivəsində 8 hərbçinin şəhid olduğunu bildirib. 13 hərbçi isə yaralanıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.