Rusiyalı alimlər müxtəlif əşyaları görünməz edə bilən parçanı sınaqdan keçiriblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, elm adamları bu yeni ixtiranın daha çox hərbi sahədə faydalı olacağı qənaətindədirlər. Parça hərbi texnikanı yüksək dəqiqlikli silahlardan qorumağa, obyektin radar tərəfindən qeydə alınmamasına kömək edir. Bu parça ilə örtülən hərbi texnikanın yerini tapmaq mümkünsüz olur.

Mütəxəssislər yeni icadın tibdə də faydalı olacağını qeyd ediblər. Parça tibbi avadanlıqlardan istifadə zamanı şüalanmanın mənfi təsirini azaldır.