“Google” şirkətinin törəmə müəssisəsi olan “Waymo” dünyada ilk pilotsuz taksi layihəsini təqdim edib.

İKT.lent.az-ın xəbərinə görə, bununla bağlı videorolik “Youtube”da yerləşdirilib.

Videorolikdə unikal avtomobilin yeni imkanları təqdim olunub. Video ABŞ-ın Arizona ştatının Finiks şəhərinin küçələrindən birində çəkilib.

Avtomobilin hazırlanması zamanı LiDAR optik məsafəölçəndən istifadə olunub. Bundan başqa, avtomobillər sensor hərəkətlər, yaxınlar və kameralarla fərqlənir.