NATO konvoyuna bombalı hücum edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əfqanıstanın paytaxtı Kabildə baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Şahidlər isə ölənlərin və yaralananların  sayının daha çox olduğunu bildirib.

Konvoyda xarici hrbçinin olub-olmadığı barəsində hələ məlumat verilməyib. Jurnalistlərin bölgəyə girişinə icazə verilmir.

Hələ ki, heç bir təşkilat hadisəylə bağlı məsuliyyəti öz üzərinə götürməyib.