Türkiyə prezidenti: “Dedik ki, Münbiç həqiqi sahiblərinin olmalıdır”

86

“Biz dedik ki, Münbiç nə sizdə olsun, nə də bizdə. Ora həqiqi sahiblərinin olmalıdır”.

“Report” “Ulusalkanal”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqalda jurnalistlərə ABŞ-ın dövlət katibi Reks Tillersonun Anakaraya səfəri zamanı irəli sürdüyüy təklifi barədə danışarkən deyib.

O, əlavə edib: “Reks Tillerson dedi ki, onları (terrorçu PKK-nın Suriydakı qolları YPG və “PYD-ni nəzərdə tutur – red.) Münbiçdən çıxaraq. Münbiçin təhlükəsizliyinin yarısı sizdə olsun, yarsı bizdə. Cavab verdik ki, Münbiç həqiqi sahiblərinin olmalıdır. ABŞ rəsmiləri Barak Obamanın prezidentliyi dövründən bəri Münbiçidə qalmayacaqlarını, ora girənlərin çıxarılacaqlarını, Fərat çayının şərqində yerləşdiriləcəklərini bidlirir. Verdikləri sözə uyğun olaraq, YPG Münbiçdən çıxmalıdır. Terrorçulara, etdiklərinin əvəzini qat-qat artıq ödətdirəcəyik”.

Rusiya ilə Türkiyə arasındakı “S-400” zenit-raket müdafiə sisteminə dair müqavilədən danışan Türkiyə lideri deyib: “Artıq onların bizi tanımaları lazımdır. Biz sözü bir dəfə deyirik. Ruslarla müavilə bağladığımız üçün o iş artıq bitib. NATO üzvü Yunanıstan da Rusiyadan “S-300” Zenit-Raket Kompkesi alıb. Niyə sanksiya tətbiq etmirlər? Strateji ortaqlarımızdan, eyni ittifaqda yer aldığmız ölkələrdən müttəfiqlik üçün lazım olanı yerinə yetirəcəklərini gözləyirik. Məsələn, müttəfiqimiz olan bir dövlətin terror qruplaşmasını pulsuz silah, hərbi texnika ilə təmin etməsini qəbul etməyimiz mümkün deyil”.