Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF)
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF)

 

Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Yanvar ayında Almaniyadan sığınacaq istəyənlərin statistikası açıqlanıb. AzEuroNews.com xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) yaydığı məlumata görə, siyahında birincilik yenə Suriya vətəndaşlarına aid olub. Belə ki, 2018-ci ilin yanvar ayında 2590 suriyalı Almaniyadan sığınacaq istəyib. Onları 1317 nəfərlə İraq vətəndaşları, 948 nəfərlə Nigeriya, 888 nəfərlə İran, 882 nəfərlə Əfqanıstan,  776 nəfərlə Türkiyə, 745 nəfərlə Gürcüstan, 535 nəfərlə Somali, 481 nəfərlə Rusiya və 455 nəfərlə Eriteriya vətəndaşları izləyib.

Noyabr 2017 Dekabr 2017 Yanvar 2018
Suriya 4.060 3.105 2.590
İraq 2.051 1.582 1.317
Nigeriya 800 674 948
İran 787 525 888
Əfqanıstan 1.264 927 882
Türkiyə 1.084 517 776
Gürcüstan 444 522 745
Somali 638 471 535
Rusiya 445 308 481
Eritreriya 562 815 455

 

BAMF-dan bildirilib ki, əvvəlki aylarla müqayisədə Almaniyada sığınacaq axtaran Türkiyə və Gürcüstan vətəndaşlarının sayında artım müşahidə edilib.