Xaçmaz rayon icra hakimiyyətində kadr dəyişikliyi olub

126

Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

“Report” xəbər verir ki, icra başçısının birinci müavini Mehmanov Yetkin Cavad oğlu vəzifəsindən azad edilib.

Bu vəzifəyə əvvəllər icra başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzərova İlhamə Sahib qızı təyin edilib. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin yeni müdiri vəzifəsinə isə, Nemətov Samir Sabir oğlu təyinat alıb.

Birinci müavin vəzifəsinə təyin olunmuş Nəzərova İlhamə Sahib qızı 1982-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

İ.Nəzərova 2014-cü ildən icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.