Polşanın Poznan şəhərində qaz sızması nəticəsində dörd mərtəbəli yaşayış binasında partlayış olub, bina uçub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Polşa Dövlət Yanğın Xidməti binanın uçması nəticəsində 3 nəfərin öldüyü, 21 nəfərin yaralandığını açıqlayıb.

Yaralılardan 3-nün durumu ağırdır. Onların arasında uşaq da var.

Dağıntılar altında insanların qalması ehtimal ilə əlaqədar hazırda xilasetmə əməliyyatı aparılır.

5C4B6331-212B-4388-B6D4-B2CCD4E2098B