“Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 2668-ə çatıb

65

“Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 2668-ə çatıb.

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Baş Qərargahı bəyan edib.

Həmçinin qeyd olunur ki, Şeyh əl-Hədid şəhəri Türkiyə SQ-in nəzarəti altına keçib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.