Dünya birjalarında neftin qiyməti azalıb.

“Ölkə.Az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar və ya 0,12% azalaraq 61,46 dollar olub.

Sutka ərzində sözügedən neftin qiyməti 61,68 dollaradək artıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar və ya 0,18% azalaraq 64,59 dollar təşkil edib.

Sutka ərzində sözügedən neftin qiyməti 64,85 dollaradək artıb.