Focus2move analitik agentliyinin mütəxəssisləri 2017-ci ilin yekunlarına görə ən müvəffəqiyyətli avtomobil istehsalçılarının reytinqini müəyyənləşdirib.

AzEuroNews.com ria.ru-ya istinadən xəbər verir ki, Volkswagen Group, sərnişin avtomobilləri və ticari vasitə istehsalına görə siyahının ilk sırasında yer alıb. Ötən il Alman şirkəti demək olar ki, 10,4 milyon avtomobil satıb, bu da 2016-cı ilingöstəricisinə görə 3,5 faiz daha çoxdur. Yaponiyanın Toyota şirkəti 2017-ci ildə təxminən 10,2 milyon avtomobil sataraq ikinci sırada yer alıb. Renault-Nissan 10 milyondan çox avtomobil sataraq üçlüyü ələ alıb. Ən yaxşı beş avtomobil istehsalçılarına Hyundai-Kia (7,2 milyon) və General Motors (6,8 milyon)  avtomobillərdə daxil olub.