Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani bu il aprelin əvvəlində İstanbulda görüşəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Görüşdə bölgədəki və Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.