Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, Afrində zərərsizləşdirilən terrorçuların sayı 2777-ə çatıb. Bildirilib ki, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 109 üzvü məhv edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı QüvvələrSuriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.