Terrorla mübarizə sahəsində vəziyyət daima diqqət tələb edir və bu Federal Təhlükəsizlik Xidmətinin (FTX) əsas hədəflərindən biridir. 

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin FTX-nın Kollegiya iclasında çıxışı zamanı bildirib.

“Son illər FTX-nın potensialının artırılması üçün xeyli işlər görülüb. Siz yeni texnika və əlaqə vasitələri, müasir informasiya-analitika resursları əldə edib, kadr heyətini möhkəmləndirmisiniz. Bu gün xidmət qarşısında duran kompleks vəzifələr bütün bu imkanlardan maksimum şəkildə istifadə etməkdir. Əsas hədəflərdən biri terrorizmlə mübarizədir. Vəziyyət daimi diqqəti tələb edir. ”, – deyə Putin qeyd edib.