Bu ilin mayında Dubay-Krik körfəzində “BeYouLand” adı altında dünyada ilk “üzən” bazar işə salınacaq.

AzEuroNews.com-un “azərtac”a istinadən xəbərinə görə, layihə özündə ənənəvi abra – ərəb qayığı formasını xatırladan Şərq dükanları üslubunda olan 17 qayıq-butiki birləşdirəcək. Bu qayıqlarda yerli və xarici brendlərdən olan geniş çeşiddə istehlak malları, həmçinin yemək və içkilər təklif olunacaq. Hər qayıq soyunub-geyinmə otaqları və kondisionerlərlə təchiz ediləcək.

Bununla yanaşı, bütün mağazalarda müştərilərə kafe xidmət edəcək. Layihənin müəllifi qismində Dubayın “Meraas” iri inşaat şirkəti çıxış edir.