Çin iqtisadiyyatı 2017-ci ilin yekunlarına görə dünyada II yeri tutub.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin rəhbəri Xe Lifen məlumat verib.

Onun sözlərinə görə, ötən il Çində 82,7 trln. yuan və yaxud 12,2 trln. ABŞ dollar dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu göstəriciyə görə Çin ABŞ-dan 7 trln. dollar geri qalır, Yaponiyanı isə 7 trln. dollar üstələyir.

“Dünya iqtisadiyyatı arasında II yerdə olmağa davam ediriki və bu da asan iş deyil”, – o əlavə edib.

Çində 2017-ci ildə adambaşına düşən ÜDM 900 dollar artıb. Şərqi Asiya ölkəsinin rəsmiləri bu il iqtisadi artımın 60%-nin daxili istehlak hesabına formalaşacağını proqnozlaşdırırlar.