Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın həyat yoldaşı ilə aralarında baş verən dialoqu xatırlayıb.

Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, “Dünya nizamı 2018” adlanan sənədli filmdə danışan Putin 2017-ci ildə Hambuqra G20 sammiti zamanı Melaniya Trampa yalan danışdığını da etiraf edib.

“Mən yalnız xanım Trampla deyil, həmçinin İtaliya baş nazirinin xanımı ilə də danışmışdım. Onlar ölkəmizdəki demoqrafik proqramla maraqlanırdılar. Bundan başqa, onlara Sibir, Kamçatka, balıqlar, ayı və pələnglər haqda danışdım. Belə vəziyyətlərdə həmişə olduğu kimi bir qədər yalan danışdım. Balıq tutmaqdan danışanda bəyəm yalan danışmamaq olar?”.

Putinin birinci lediləri Rusiyaya işləməyə cəlbə etməsi ilə bağlı suala isə o, “xeyr, bununla çoxdandır ki, məşğul olmuram” – deyə cavab verib.