Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada 37 il sonra uşaq qatilinin fotorobotu çəkilərək yenidən axtarış elan edilib. AzEuroNews.com alman panorama-news.de-yə istinadən xəbər verir ki, Almaniyanın Hamburq şəhər polisi 1981-ci ildə öldürülən Haluk Kocal (9 yaş) və  Michael Riestererin (8 yaş) qatilini tutmaq üçün “Soyuq davalar” adlı iş açaraq qatilin fotorobotunu hazırlayıb.

Haluk Kocal və Maykl Riesterer 16 iyun 1981-ci ildə velosiped sürmək və oyun oynamaq üçün görüşüblər.  Həmin gün yaxınlıqdakı avtoparkda uşaqları görənlərdən birinin sözlərinə görə, onları bir nəfər yanına çağırıb.

WhatsApp-Image-2018-03-07-at-17.02.35

Digər bir şahid isə deyib ki, uşaqları axşamçağı “Die Reit”  parkında bir nəfərin yanında görüb.

29 iyul 1981-ci ildə itkin düşmüş uşaqların cəsədləri “Die Reit” parkında tapılıb.  Hamburq polisi düşünür ki, avtomobil dayanacağı və parkda uşaqların yanında olan dam eynidir.

Qətildə şübhəli kimi axtarılan şəxs 30 yaşında, boyu 180-185 sm, qara saçlıdır. Hadisə zamanı uşaqların öldürüldüyü yerə yaxın “VW Passat” avtomobilinin ayaqaltısının bir hissəsi tapılıb.