Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.

AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, “Zeytun budağı” əməliyyatında indiyədək 3149 terrorçu zərərsizləşdirilib.

Afrində 30 əsas strateji nöqtə mövqe, PKK,PYD, YPG, İŞİD terrorçularından azad edilib, 160 yaşayış məntəqə Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin nəzarəti altına keçib. Məlumatda hərbçilərin Afrinin mərkəzinə daxil olmasına 4 kilometr qaldığı vurğulanıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.