ABŞ əsgərlərini Suriyanın cənubunda yerləşən Tanif bölgəsinə göndərməyə başlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ beləliklə, Tanifin qərbində İran qüvvələrinə qarşı mövqeyini gücləndirib. Son həftələrdə Suriyanın cənubunda hərbi gücünü artırmaqda olan ABŞ Tanif bölgəsinə 200-dən çox əsgər göndərib.

Məlumatlarda qeyd edilir ki, əsas məqsəd İran qüvvələrinə qarşı tədbirin alınmasıdır.