Martın 9-da İranın Londondakı səfirliyi hücuma məruz qalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bir  neçə nəfər səfirliyin eyvanına soxularaq İranın dövlət bayrağını çıxarıb və özləri ilə gətirdikləri iki bayraqla əvəzləyiblər.

İnsidentlə əlaqədar polis tərəfindən 4 nəfər saxlanılıb.

Faktı təsdiqləyən İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinecat bildirib ki, hadisəni törədənlər “britaniyalı şiələr” sektasının üzvləri olub.

BBC Persian-ın məlumatına görə, səfirliyə hücumu ayətullah Məhəmməd Şirazinin tərəfdarları edib. Məlumata görə, 2001-ci ildə vəfat edən Şirazi İranın sabiq ali dini lideri ayətullah Xomeyninin əleyhdarı olub.

Skotland-Yard faktla bağlı araşdırma aparır.