Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Ötən gün Almaniyadan ailəsi ilə birə deportasiya edilən keçmiş polis əməkdaşı Seyid Camalov təyyarədən enər-enməz Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. AzEuroNews.com xəbər verir ki, keçmiş polis əməkdaşı hava limanının polisləri tərəfindən saxlanılaraq saatlarla dindirilib.

Sərbəst buraxılan S.Camalov ailəsi ilə birgə Yardımlı rayonuna gedib. Lakin, az keməyib ki, Daxili İşlər Nazirliyinin iki əməkdaşı Seyid Camalovu yenidən saxlayaraq Bakıdakı Baş Cinayət Axtarış İdarəsinə aparıblar.

“Legat” rəhbəri: “Bu yolverilməzdir”

“Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev
“Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev

Mövzu ilə bağlı AzEuroNews.com-a danışan Almaniyada fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, Almaniyadan deportasiya olunan şəxslərin Azərbaycanda təyyarədən enər-enməz həbs olunması birinci dəfə deyil: “Səid Azərbaycan sərhəddə iki saata kimi sorğu-sual edilib, daha sonra azad edilərək ölkə ərazisinə buraxılıb.
Daha sonra  Daxili İşlər Nazirlizinin Yardımlıya ezam edilmiş iki nəfər əməkdaşı onu tutaraq Daxili İşlər Nazirlizinin Baş Cinayət Axtarış İdarəsinə aparmaq adı ilə Yardımlıdan Masallıya doğru yola düşüblər.  Hesab edirik ki, Səidin tutularaq məcburi qaydada DİN-ə aparılması kobud qanun pozuntusudur, sərbəst hərəkət azadlığının məhdudlaşdırılmasıdır. İnanırıq ki, Səid Camalov polisə müqavimət göstərmə faktına görə həbs olunmayacaq və ona münasibətdə hansısa zokakılığa yol verilməyəcək”.

“Legat” rəhbərinin sözlərinə görə, Səid yol hərəkətinin təhlükəsizliyi ixtisası üzrə ali təhsil alıb: “Lakin heç vaxt polis orqanlarında çalışmayıb və bu mətbuatın uydurmasından başqa bir şey deyil. Azərbaycanın hüquq mühafizə orqanlarının bu qeyri- adekvat hərəkətini qətiyyətlə pisləyirik və bu cür zorakılıqların dərhal dayandırılacağına ümid edirik.
Eyni zamanda Almaniyanın Qaçqınlar və Miqrasiya üzrə Federal İdarəsi tərəfindən təqib olunması etimal olunan şəxslərin əsaslı yoxma aparmadan, detalları araşdırmadan gəldiyi ölkəyə qaytarılmasını yolverilməz hesab edirik”.

 

Qeyd edək ki, martın 4-də Azərbaycan polisinin keçmiş əməkdaşı Səid CamalovAlmaniyadan deportasiya edilib. Zelb şəhərinin polisi gecə yarısı 33 yaşlı Səidin, həyat yoldaşı Mətanətin və dörd uşaqlarının yaşadıqları evə hücum edib. Azərbaycanlıları ən zəruri əşyalarını təcili şəkildə toplamağa məcbur edərək Münhen şəhərinin hava limanına aparıblar. Qaçqınlara Yardım Assosiasiyasında hüquq-mühafizə orqanlarıının bu cür hərəkətlərindən heyrətə gəliblər. Səid Camalov Azərbaycanda polis əməkdaşı olub. Rəhbərliklə mübahisədən sonra işdən uzaqlaşdırılıb. Sonradan çörək pulunu ekskavator sürməklə qazanıb. Lakin bu işdən məmnun olmayıb, Avropaya üz tutub.

İlk olaraq Qərbə Səidin 39 yaşlı həyat yoldaşı – tibb bacısı işləyən Mətanət yollanıb. 2011-ci ildə o, uşaqları Elçinlə Ayanı götürərək Fransaya köçüb.

Camalov 3 ildən sonra onların dalınca gedib. 2014-cü ildə ailə Almaniyanın Tsirndorf şəhərində yenidən qovuşub, daha sonra isə Zelb şəhərinə göndərilib. Burada onların daha iki uşağı anadan olub – Nur və Mert.

Qaçqınlara Yardım Assosiasiyası ailəni himayəsi altına alıb və indi onlar çox həyəcanlıdırlar. “Bəli, onlara sığınacaq verilməsindən imtina ediblər, lakin ölkədə yaşamaq haqları vardı və buna görə də, daha tolerant qərara ümidli idilər. Səid Camalov və həyat yoldaşı, şübhəsiz ki, cinayətkar deyildilər və onlar təhlükə törətmirdilər. Əksinə, özləri və uşaqları alman cəmiyyətinə inteqrasiya olunmağı çox istəyirdilər”-deyə Assosiasiyanın əməkdaşı Hella Felker söyləyib.

Yuxarı Frankoniya torpağının Əcnəbilərlə iş üzrə Mərkəzi İdarəsindən verilən məlumata görə, azərbaycanlı ailənoin sığınacaq üçün müraciətinə rədd cavabı verildikdən sonra onlara Almaniyanı könüllü şəkildə tərk etmək imkanı yaradılıb. Lakin müəyyən edilmiş müddətdə onlar ölkəni tərk etməyiblər və deportasiya olunublar. “Onları gecə vaxtı narahat etmələrinin səbəbi isə odur ki, ailə təyyarə reysinə çatmalı idi”, – idarədən izah olunub.

Qeyd edək ki, bu faktla bağlı Azərbaycanın Daxili İşər Nazirliyi tərəfindən hər hansı bir rəsmi açıqlama verilməyib.