Cənubi Koreyanın “Samsung” şirkəti cihazlar bazarına planşet və smartfonun hibridini çıxaracağını anons edib.

İKT.lent.az-ın “İnforeaktor” portalına istinadən məlumata görə, cihazın adı “displeyli cihaz” – “Display device” olacaq. Hazırda yeni tərtibat üçün qeydiyyat müraciəti patentlər bürosuna təqdim edilib.

Məlumata görə, qatlanan konstruksiyaya malik portativ cihaz iki rejimdə işləyəcək – smartfon və mini-planşet kimi. Bundan başqa, tərtibatçılar onu kamera və micro-USB ilə də təchiz edəcəklər.