Azərbaycanda Novruz turizmi – İranlı turistlərin sayında artım gözlənilir

116

Bu il Novruz bayramı münasibəti ilə İrandan Azərbaycana gələcək turistlərin sayında kütləvi artım olacağı praqnozlaşdırılır.

ATV.az xəbər verir ki, fevral ayının sonundan etibarən artıq İranda Novruz turlarının kütləvi satışına başlanıb. Mart ayının əvvəllinin olmasına baxmayaraq, artıq təklif edilən səyahət paketlərinin əksəriyyəti sifariş olunub. Turist axını İrandan Azərbaycana uçuşları həyata keçirən  hava yolları şirkətlərinin proqramlarına da təsir edib. İran hava yolları şirkəti çoxsaylı sifarişləri nəzərə alaraq Bakıya 6 əlavə reys açıb.  Dövlət tərəfindən də qonşu ölkədən turist axınını  stimullaşdırılacaq bəzi addımlar atılıb. “Azərbaycan Hava Yolları” QSC-də bayram ərəfəsində İranın 2 şəhərinə – Təbrizə və Urmiyaya  aviareyslər açacaq. Mədəniyyət və Turizm Nazirliyi isə iranlı turistlərə hesablanmılş xüsusi proqramların hazırlandığını bildirib. Qeyd edək ki, Azərbaycan daxil olmaqla, dünyada təxminən 190 milyon insan Novruzu qeyd edir. Azərbaycanda bu bayramın keçirlməsinin özüməxsusluğunu nəzərə alsaq, ölkəmiz bu bayram ərəfəsində turist qəbul etmək üçün ən ideal  yerlərdən sayılır.  Amma son illər regionun turizm bazarında rəqabətliliyin artması da nəzərə alınmalıdır. Bunlara baxmayaraq, Novruz bayramı ərəfəsində səyahət üçün məhz Azərbaycanı seçən iranlı turistlərin sayı ildən ilə artır. Ötən ilin mövcud statistikasına görə, 2017-ci ilin birinci yarısında Azərbaycana 180.000-dən çox iranlı turist səfər edib. Bu da 2016-cı illə nisbəttə 89% faiz artım deməkdir.