Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.

AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, “Zeytun budağı” əməliyyatında indiyədək 3347 terrorçu zərərsizləşdirilib,185 yaşayış məntəqəsi nəzarətə götürülüb. Qeyd olunub ki, ötən gün ərzində Afrində 56 terrorçu məhv edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı QüvvələrSuriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.