Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, “Zeytun budağı” əməliyyatında indiyədək 3393 terrorçu zərərsizləşdirilib, 217 yaşayış məntəqəsi nəzarətə götürülüb. Türkiyə ordusunun Afrinin mərkəzinə çatmağına 1,5 km məsafə qalıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı QüvvələrSuriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.