Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Fevral ayında Almaniyadan sığınacaq istəyənlərin statistikası açıqlanıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) məlumat yayıb. Məlumatda deyilir ki, 2329 nəfər Suriya vətəndaşı Almaniyadan sığınacaq istəyənlərin fevral ayı üçün olan statistikasında birinci yerdə qərarlaşıb. Onları 1325 nəfərlər İraq, 855 nəfərlə Əfqanıstan, 771 nəfərlə Nigeriya, 635 nəfərlə Türkiyə, 628 nəfərlə İran, 596 nəfərlə Gürcüstan, 427 nəfərlə Somali, 408 nəfərlə Rusiya Federasiyası, 336 nəfərlə Eriteriya vətəndaşları izləyiblər.

 

Dekabr 2017Yanvar2018Fevral 2018
Suriya3.1052.5902.329
İraq1.5821.3171.325
Əfqanıstan927882855
Nigeriya674948771
Türkiyə517776635
İran525888628
Gürcüstan522745596
Somali471535427
Rusiya Federasiyası308481408
Eriteriya815455336