Türkiyənin Birləşmiş Millətlər Təşkilatında (BMT) yeni daimi nümayəndəsi təyin olunub.

Anadolu agentliyinin verdiyi məlumata görə, bu posta Türkiyə XİN-in keçmiş müşaviri Ferudin Sinirlioğlu avqustun 25-də təyin olunub.

Diplomat 2002-2007-ci illərdə Türkiyənin İsraildə səfiri olub. 2009-cu ildə isə Türkiyə XİN-də müşavir təyin edilib.