Tereza Meyin Böyük Britaniyadan qovduğu rusiyalı diplomatların siyahısı Moskvaya təqdim edilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovabildirib.

Onun sözlərinə görə, siyahı diplomatik kanallarla Rusiya tərəfinə ötürülüb. Britaniyadan çıxarılacaq diplomatlar arasında hərbi attaşeliyin nümayəndələrinin olduğu deyilir.

XİN rəsmisi Londona xəbərdarlıq edərək Rusiyanın cavab tədbirləri hazırlayacağını bəyan edib.