Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu keçirilir.

“Report”un məlumatına görə, forumda Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla bir neçə ölkənin dövlət və hökumət başçıları iştirak edir.

Forumda Türkiyənin Baş naziri Binəli Yıldırım “Güc: Böyük güclər və başqaları” mövzusunda paneldə çıxış edəcək.

Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərin, alimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq iştirak edir.

Forum çərçivəsində martın 18-19-da 7-ci Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq.

Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.