ABŞ prezidentinin oğlu həyat yoldaşından ayrılır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp oğul həyat yoldaşı Vanessa ilə ayrılır.

“Onlar Trampın prezidentliyinin sonuna qədər bir olmaq istəsələr də, problemləri həll etmək get-gedə daha da çətinləşirdi”-deyə mətbuata sızan məlumatda deyilir.

Boşanma prosesi başlanmasa da, tezliklə tərəflərin prosedura start verəcəkləri bildirilir. Donald Trampla Vanessa Heydon 2005-ci ildə ailə həyatı qurub. Onların 5 övladı var.