2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Deputat qeyd edib ki, bu, 1-ci rübün nəticələrindən asılı olacaq:

“Büdcəyə yenidən baxılması proseslərin nəticələrindən aslı olaraq, may ayında baş verə bilər”.