Almaniya Fransa, İngiltərə və ABŞ liderləri İngiltərədə zəhərlənən keçmiş Rusiya casusu ilə əlaqədar Rusiyaya qarşı ortaq bəyanat yayımlayıblar.

Oxu.Az xəbər verir ki, ortaq açıqlamada Skripala qarşı törədilən hadisə “şokedici” olaraq qiymətləndirilib və bu əməl “ürəkbulandırıcı” adlandırılıb.

Fransa, Almaniya, İngiltərə və ABŞ liderləri bu hücumun II Dünya Müharibəsindən indiyədək Avropada sinir qazından istifadə edilən ilk hadisə olduğunu bəyan ediblər.

Onlar bildiriblər ki, bu hadisənin Rusiya tərəfindən törədilməsi ən ağlabatan variantdır və Rusiya bəyanatı imzalayan bütün ölkələrin təhlükəsizliyinə təhdid təşkil edir.